Dənizdə batan 24 yaşlı oğlanın meyiti tapıldı

  • By admin
  • 24 Avqust 2016 09:34

deniz-boqulma

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri Xəzər dənizinin Lənkəran rayonunun Sütəmurdov kəndinə yaxın ərazisində çimərkən batmış Cəlilabad rayon sakininin meyitini tapıblar.

Gununsesi.info-nun APA-nın cənub bürosuna istinadən məlumatına görə, meyit bu gün saat 08.50 radələrində sahildən 150 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, avqustun 23-də axşam saatlarında Xəzər dənizinin rayonun Sütəmurdov kəndinə yaxın ərazisində boğulma faktı qeydə alınıb.

Cəlilabad rayon sakini, 24 yaşlı Əli İltifat oğlu Əzimov dənizdə çimərkən batıb. Axtarışlara FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Lakin hava qaranlıq olduğundan Əli Əzimovun cəsədinin həmin gün sudan tapılması mümkün olmayıb.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Gununsesi.info