
Gündüz saatlarında Xəzərdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) internet saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq, vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 13:07-də başa çatıb.