Dənizdə çaxnaşma: Nəhəng dalğa vurdu, kruiz gəmisi nəzarətdən çıxdı

  • By admin
  • 22 Dekabr 2023 13:32

Norveçdə yerləşən bir şirkətə məxsus nəhəng kruiz gəmisində çaxnaşma yaranıb.

Gununsesi.info xəbər verir ki, 266 sərnişin və 131 ekipaj üzvü ilə Norveçdən İngiltərəyə gedən HK adlı şirkətə məxsus “Maud” adlı kruiz gəmisi nəhəng dalğalarla toqquşmada ciddi şəkildə zədələnib. Xarici mediada yer alan xəbərlərdə nəhəng dalğalar və güclü külək səbəbiylə gəminin şüşələrinin çatladığı, gəminin bəzi hissələrinin su altında qaldığı qeyd edilib.

Danimarka Birgə Xilasetmə Koordinasiya Mərkəzi belə bir bəyanatla çıxış edib: “Elektrik kəsilməsindən sonra gəminin hərəkətliliyi itib”. HK adlı şirkət açıqlama verərək, sərt dalğanın vurması nəticəsində gəmidə müvəqqəti elektrik itkisi meydana gəldiyini açıqlayıb.

Səlahiyyətlilər hadisənin nəzarət altında olduğunu və gəminin əllə idarə edildiyini bildirib. Açıqlamada vəziyyətin nəzarət altında olduğu və gəmidə olan hər kəsin sağlamlıq vəziyyətinin yaxşı olduğu qeyd edilib.

Gununsesi.info