Pakistanda qayığı batdıqdan sonra itən 14 balıqçının cəsədi tapılıb.
Gununsesi.info xəbər verir ki, martın 5-də Pakistanın Kəraçi şəhəri yaxınlığında əlverişsiz hava şəraiti səbəbindən qayığı çevrilərək itən 14 balıqçının cəsədi tapılıb.
“The Dawn” qəzetinin məlumatına görə, Pakistan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri martın 5-dən bəri davam edən axtarış-xilasetmə işləri ilə bağlı açıqlama veriblər.
Açıqlamada Kəraçi şəhəri yaxınlığında qayığın batması nəticəsində itən 14 balıqçının cəsədinin tapıldığı bildirilib.
Batan qayıqda olan 45 nəfərdən 31-i xilas edilib.
Gununsesi.info