Dənizdə istismar quyusu açıq fontana keçdi

  • By admin
  • 28 Avqust 2022 16:58

“Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunun açıq fontana keçməsi barədə məlumat
28.08.2022-ci il tarixində səhər saatlarında “Azneft” İB-nın “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda aparılan təmir işləri zamanı quyu açıq fontana keçmişdir.
Gununsesi.info bildirir ki, bu barədə SOCAR-ın açıqlamasında deyilir.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmamış və yanğın qeydə alınmamışdır.
Meydançada işlək quyuların fəaliyyəti dayandırılmış, orada işləyən əməkdaşlar təhlükəsiz əraziyə uzaqlaşdırılmış və bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilmişdir.
Fontanın ram edilməsi istiqamətində, SOCAR-ın, Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupunun və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən texniki və təşkilati tədbirlər davam etdirilir.
Hadisə ilə əlaqədar, SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyası prosesi Baş ofisin Böhran Mərkəzində qaydalara uyğun olaraq idarə edir.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Şəkildə:hazırki vəziyyət
Şəkil təşkilatın eksperti tərəfindən təqdim olunub,

HTML tutorial