
Bu gün Zəfər Günüdür.
Dövlət və xalq olaraq ikinci Qarabağ savaşında tarixi qələbə əldə etdik, işğal altında olan ərazilərin mühüm hissəsini azad etdik, əzəli Azərbaycan torpaqlarında , eləcə də Qarabağın döyünən ürəyində-Şuşada üçrəngli bayrağımız dalğalandı.
Müqəddəs şəhidlərimizin qanı yerdə qalmadı! Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri-miskin çuxuru göstərdi, misli bərabəri olmayan hərbi, diplomatik və tarixi dərs verdi.
Bəli, ədalətli savaş apardıq və qazandıq! Erməni hərbi birləşmələri biabırçı məğlubiyyətə uğradı, darmadağın edildi, o şəkildə alt-üst edildi ki, düşmən qərinələr boyu əziklik kompleksini yaşayacaq. Təkcə indiki nəsillərin deyil, gələcək nəsillərin də xam xəyalları- “dənizdən dənizə böyük Ermənistan” xülyası nəinki suya düşdü, birdəfəlik qara torpağa gömüldü.