Dənizdən tapılan əsər muzeyə qoyuldu… 132 ildən sonra ilk toxunan insan

  • By Günel
  • 14 Avqust 2024 12:52

Hər şey 6 il əvvəl həyat yoldaşı və uşaqları ilə Avstraliyanın Wedge adasına tətilə gedən Tonya İlmanın sahildə butulka tapması ilə başladı.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ailəsi ilə getdiyi tətildə sahildə gəzərkən, qadın yerdə çox gözəl bir şüşə görür. O, şüşənin onun kitab rəfində gözəl görünəcəyini düşünüb evə aparır. Qapağı olmayan və içi qumla dolu olan şüşənin içində bir qeyd olduğunu görən qadın çox təəccüblənib. Çünki o, 1886- cı ildə dənizə atılan şüşəni tapmışdır.

“Şüşənin içərisində olan nəmli kağız iplə bağlamışdı. Nəmliyini almaq üçün bir müddət onu sobada qurutduq, bir neçə saat sonra almanca yazılan yazılar daha oxunaqlı oldu. Bu filmlərdə gördüyümüz sevgi məktubu deyildi. Butulka Alman Dəniz Rəsədxanası tərəfindən okean axıntılarını öyrənmək üçün təcrübənin bir hissəsi olub. Bu butulkaların içərisində tarix, yer, gəminin adı və marşrutu haqqında məlumatlar olan qeydlər var idi. Qeydi tapan şəxsin onu harada və nə vaxt tapdığını bildirərək  geri qaytarılması bildirilmişdir”,- deyə Tonya qeyd edib.

Tonya və əri dərhal Qərbi Avstraliya Muzeyi ilə əlaqə saxlayıblar. Ekspertlər tapılan qeydə əsasən, butulkanın 1886-cı ildə İndoneziyaya gedən gəmidən atıldığını bildiriblər. Qərbi Avstraliya Muzeyi və Alman Dəniz Rəsədxanasının mütəxəssisləri tərəfindən kağızın tarixi əl yazısının analizi ilə təsdiqlənib. Buna görə də, sözügedən şüşə indiyə qədər tapılan ən qədim mesaj şüşəsi olaraq qeyd edildi.

Mütəxəssislər Almaniya gəmilərindən minlərlə şüşənin okeanlara atıldığını qeyd deyiblər: “Hər birində tarix, koordinatlar, gəminin adı, səyahət marşrutu və ana limanı var. Bu məlumat Tonyanın tapdığı qeyddə də yer alıb. Şüşə bir Alman Dəniz Rəsədxanasının proqramının bir hissəsidir”,- deyə mütəxəssis deyib.

Şüşəni  muzeyə verən Tonya təəccübünü bu sözlərlə ifadə etmişdir: “Həyatımda ən qəribə, ən maraqlı şey bu idi. 132 il toxunulmamış şüşə əla vəziyyətdə idi.  Mən hələ də yaşadıqlarıma inana bilmirəm”,- deyə bildirib.

Denizde buldu, içinden çıkan not müzelik oldu 132 yıl sonra dokunan ilk kişi

 

Denizde buldu, içinden çıkan not müzelik oldu 132 yıl sonra dokunan ilk kişi
Günel
Gununsesi.info