Dənizkənarı Bulvar İdarəsi Beynəlxalq mükafata layiq görülüb -FOTOLAR

  • By ilhame
  • 26 Sentyabr 2024 19:01

Dənizkənarı Milli Park Niderlandda Ümumdünya Şəhər Parkları mükafatına layiq görülüb.

Bakı şəhərinin əvəzsiz incilərindən olan, maddi mədəniyyətimizin həm tarixi, həm də müasir simasını əks etdirən Dənizkənarı Milli Park unikal təbii kompleks kimi dünyada bu sahə üzrə ən mötəbər mükafatlardan olan “International Large Urban Parks Award” (Beynəlxalq Böyük Şəhər Parkları Mükafatı) mükafatının qalibi elan edilib.

 

Gununsesi.info xəbər verir ki, mükafat Dənizkənarı Bulvar İdarəsinin nümayəndə heyətinə 23-26 sentyabr tarixlərində Niderland Krallığının Utrext şəhərində keçirilən “Future Green City Congress” beynəlxalq konfransında təqdim olunub.

 

Şəhərlərdə parkların idarə edilməsi və dayanıqlı inkişafı, şəhər mühitinin yaşıllaşdırılması və təbiətinin mühafizəsi sahəsində nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı olan Ümumdünya Şəhər Parkları Təşkilatı (World Urban Parks Organization) tərəfindən təsis edilən mükafatın qalibləri şəhər parklarının idarə olunmasının keyfiyyəti, səmərəliliyi və dayanıqlılığı, sosial, iqtisadi, ekoloji əhəmiyyəti və s. meyarlar əsasında keçirilən müsabiqə əsasında müəyyən edilir. Dənizkənarı Milli Park öz unikallığı, ekoloji və ictimai əhəmiyyəti, saxlanması və qorunması sahələrində xüsusi göstəricilərinə görə ən yüksək nəticəni göstərməklə mükafatın qalibi adına layiq görülüb.

Gununsesi.info