Dənizkənarı Milli Park ərazisində intihara cəhd edən şəxs xilas olundu

  • By admin
  • 14 Avqust 2016 10:41
53d3ee65-c33f-4e1b-a46d-2706244f0533
Bu gecə Bakı şəhəri,  Səbail rayonu Dənizkənarı Milli Park ərazisində 1 nəfər (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1000 metr sola nəzarətsiz ərazidə) intihar məqsədiylə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaş çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 05:55-də başa çatıb.
Gununsesi.info