“Dənizkənarı Milli Park” MMC ləğv olundu

  • By Günel
  • 10 Dekabr 2024 20:59

Dənizkənarı Bulvar İdarəsinə məxsus “Dənizkənarı Milli Park” MMC ləğv olunduğunu elan edib.

Gununsesi.info bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 2A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Dənizkənari Milli Park” 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə İlqar Cəbrayıl oğlu Sadıqovdur.

Gununsesi.info