Dərəyə aşan avtomobilin sürücüsü xəstəxanada öldü

Sumqayıtda dərəyə aşan avtomobilin sürücüsü xəstəxanada ölüb, cinayət işi açılıb.

Gununsesi.info xəbər verir ki, hadisə oktyabrın 26-sı saat 18:30 radələrində Bakı-Quba yolunun şəhər ərazisindən keçən hissəsində yerləşən zavodların birinin qarşısında qeydə alınıb.

HTML tutorial

Belə ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Rzalı Toğrul Şahin oğlu idarə etdiyi “Audi A3” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə maşın dərəyə aşıb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün xəstəxanaya yerləşdirilib. Oktyabrın 30-da Toğrul Rzalı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Gununsesi.info