Dərbəndin başçısı SAXLANILDI

Dağıstanın Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev saxlanılıb.

Gununsesi.info virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından mənbə bildirib.

Mənbənin sözlərinə görə, F.Şıxıyev torpaq sahələrinin oğurluğu və satışı ilə məşğul olan cinayətkar dəstə təşkil etməkdə şübhəli bilinərək saxlanılıb.

Mənbə qeyd edib ki, ümumilikdə cinayət işi çərçivəsində təxminən altı nəfər saxlanılıb: “İstintaq hərəkətləri davam edir, həbs olunanların sayı arta bilər”.

Gununsesi.info