Dərd, həyat və böyük siyasət - KAMRAN CƏFƏROV BAYDEN HAQQINDA YAZIR

  • By admin
  • 03 Sentyabr 2023 00:32

 

Mənim üçün Bayden hər zaman nümunə olub, siyasətçi və insan kimi, amma Bayden dərdli insandır. Bayden Senata seçiləndə(ABŞ-ın ən gənc Senatorudur) avto qəza nəticəsində həyat yoldaşını və körpə qızını itirdi. Sonra dünyalar qədər sevdiyi oğlu Bo, xərçəngdən həyatını itirdi. Hanter də belə…

Bayden qəlbi parçalanmış, çox dərdli insandır. Belə insanların ən böyük mübarizəsi özü ilə olur. Bu cür insanların təslim olmaq, sınmaq, geri çəkilmək kimi haqqı olmur, ona görə ki, zatən qəlbin qırılıb, yenidən qırılması, sənin tamamilə çökməyinlə nəticələnəcək.

Məhz bu cür insanlar da dünyanı dəyişdirir.

Məndən soruşurlar ki, niyə bu qədər Baydeni sevirsən? Məsələ sevməkdə deyil, mən onu başa düşürəm…Dərdli insan insanları daha dərindən anlayır, bu dünyanı azca da olsa daha gözəl etmək istəyir.

Kamran Cəfərov

Gununsesi.info