Dərman preparatlarının ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alındı

  • By admin
  • 14 Sentyabr 2016 15:36

gomrukkkkk

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının əl yükünə gömrük baxışı keçirilib.

HTML tutorial

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, baxış zamanı həmin yükün içərisindəki polietilen paketdə, əvvəlcədən gömrük orqanlarına bəyan edilməmiş vəziyyətdə – 350 kapsul “Tramadol” 200 milliqram və 30 həb “Tramadol” 150 milliqram adlı dərman preparatları aşkar edilərək götürülüb.

Qeyd edək ki, “Tramadol” adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info