
Dərman qutularından güclü təsiredici maddə və narkotik vasitə çıxdı.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşına məxsus iki ədəd dərman qutusunda, təsiredici maddəsinin ümumi miqdarı 10 qram olan tramadol və təsiredici maddəsinin ümumi miqdarı 5,98 qram olan metadon adlı dərman preparatları aşkar olunub.
Xatırladaq ki, tramadol “Güclü təsir edən maddələrin Siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info