Azərbaycanda bioloji fəallığa malik qida əlavələrinin istifadəsi, satışı və reklamı ilə bağlı yeni tələblərin pozulmasına görə cəzalar sərtləşdirilir.
Gununsesi.info xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək və məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunaraq müvafiq qərar qəbul ediləcək.
Məcəllədə dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə əlaqədar olaraq Məcəllənin 221.8-ci və 221.9-cu maddələr əlavə edilir. Nəzərdə tutulan dəyişikliyə əsasən Məcəllənin 221.8. maddəsinə “Üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
221.9.maddəsinə isə “Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə – vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir”.
Mürtəza
Gununsesi.info