![](https://www.gununsesi.info/wp-content/uploads/2016/06/derman-250x200.jpg)
“Rəsmilərin apardığı təbliğat budur ki, dərman prepaparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənməsi nəticəsində qiymətlərdə kəskin ucuzlaşma var. Ola bilər ayrı-ayrı dərmanlarda ucuzlaşma var. Amma rəsmi statistikanın məlumatına görə, ərzaq və qeyri-ərzaq malları içərisində bahalaşmanın lideri məhz dərman vasitləridir”. Bunu tanınmış iqtisadçı ekspert Rövşən Ağayev feysbuk səhifəsində yazıb.
İqtisadçı yazır ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 7 ayında dərmanların qiyməti 34%, tibbi təyinatlı digər məhsullar 24% bahalanıb.
R.Ağayev onu da vurğulayır ki, ölkədə tibbi sığorta sistemi çalışmadığından müalicə və sağlamlığın qorunması ilə bağlı xərclərin real səviyyəsi ailə büdcələrində kifayət qədər yüksəkdir.
Gununsesi.info