Dərnəgül yolunda sürücü piyadanı vurub – Foto

  • By admin
  • 27 Avqust 2017 15:32

qeza
Bakıda Koroğlu metro stansiyası yaxnlığında piyadanın vurulması hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Koroğlu metrosundan Dərnəgül istiqamətində gedən yolda baş verib. 10-LO-787 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtomobil orta yaşlı qadını vurub. Yaralı piyada ətrafdakıların köməkliyi ilə sürücünün avtomobilinə yerləşdirilərək xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, qəza baş verən ərazidə yolun hər iki tərəfində avtobus dayanacağı olsa da, piyada keçidi yoxdur.

Gununsesi.info