Hazırda Bakının “Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospektində uzun kilometrajlı tıxac yaranıb.
Tıxac Ayna Sultanovanın abidəsinin yanından başlayaraq “Koroğlu” metrostansiyasına qədər davam edir. 1 saata yaxındır ki, yolda vəziyyət belədir. “Koroğlu” metrostansiyası yaxınlığındakı körpüdə də sıxlıq var.
Sürücülərin dediyinə görə, tıxaca səbəb “Koroğlu” metrostansiyasının yaxınlığında baş verən avtomobil qəzası olub.
Gununsesi.info