“Dərs” festivalda “ən yaxşı film” oldu

  • By admin
  • 12 Sentyabr 2016 00:06

ders

Azərbaycanlı rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 25-ci “Kinoşok” beynəlxalq film festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film” nominasiyasında qalib olub.

HTML tutorial

Gununsesi.info-nun məlumatına görə, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından mətbuata bildirilib ki, MDB ölkələri, Latviya, Litva və Estoniyanın iştirak etdikləri festival sentyabrın 3-dən 10-dək Rusiyada keçirilib. “Dərs” filmi festival çərçivəsində Anapa, Krımsk, Novorossiysk və Temryuk şəhərlərinin kinoteatrlarında nümayiş etdirilib.

Məktəb həyatından, yeniyetmələrin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edən “Dərs” tammetrajlı bədii filmi 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsərinin beynəlxalq təqdimatı 34-cü Münhen Film Festivalında baş tutub.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

Gununsesi.info