Yük maşını ilə minik avtomobili toqquşub, nəticədə iki nəfər hadisə yerindəcə dünyasını dəyişib.
Gununsesi.info DHA-ya istinadən xəbər verir ki, hadisə Türkiyənin Denizli şəhərində baş verib. Belə ki, Denizli baş prokuroru Mustafa Alper xidməti maşınında hərəkət edərkən yük maşını ilə toqquşub. Nəticədə prokuror və sürücüsü dünyasını dəyişib. Mühafizəçisinin isə ağır yaralandığı bildirilir.
Mustafa Alper 2015-ci ildən Denizlidə prokuror vəzifəsində çalışıb. Bundan öncə o, Malatyada və Vanda çalışıb.
Gununsesi.info