Dəhşətli hadisə: Məscid imamı intihar etdi – FOTO

  • By admin
  • 13 Mart 2024 14:40

Samsunun Çarşamba rayonunda imam işlədiyi məsciddə özünü kəndirlə asaraq intihar edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, məsciddə işləyən 45 yaşlı imam Həsən Ocak depressiyaya düşməsi nəticəsində özünü məscidin ikinci mərtəbəsində kəndirlə asıb.

Hadisə əsr namazına gələn camaat tərəfindən fərq edilib və polis və sağlamlıq qruplarına məlumat verilib. Polis və sağlamlıq qrupları Həsən Ocakın hadisə yerində öldüyünü müəyyən edib.

Həsən Ocakın cansız bədəni ekspertiza üçün morqa aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info