Dəhşətli mənzərə: Əfqan qadınlar ABŞ əsgərlərinə yalvarır – VİDEO

  • By admin
  • 18 Avqust 2021 15:28

“Taliban” qruplaşması hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanda insanlar ölkəni tərk etmək üçün yollar axtarırlar. Hava limanına axın edən minlərlə insan, öz vətəndaşlarını Kabildən çıxarmağa gələn təyyarələrin təkərlərindən yapışaraq həyatlarını itirmək bahasına ölkədən qaçmağa çalışır.

Gununsesi.info xəbər verir ki, bu günlərdə əfqan qadınların ABŞ əsgərlərinə yalvarışlarını əks etdirən görüntülər böyük rezonans doğurub. Həmin görüntülərin yayılmasından sonra “Taliban”ın əhali arasında nə qədər qorxu yaratdığı görünür.

Məlumata görə, son bir neçə gün ərzində başqa ölkələrə qaçmaq istəyən 7 əfqan vətəndaş təyyarədən yıxılaraq ölüb.

Çərşənbə axşamı günü 1100-ə yaxın amerikalının 13 hərbi təyyarə ilə Əfqanıstandan təxliyə edildiyi iddia olunurdu. Rəsmilər bildirir ki, indiyədək 3200 -dən çox ABŞ vətəndaşı ölkədən çıxarılıb. Hazırda daha 11 min Amerika vətəndaşı Əfqanıstandan təxliyə olunmağı gözləyir.

“Taliban”  nümayəndələri ölkədə “mülayim” ab-hava yaratmağa çalışsalar da, xaos getdikcə dərinləşir. Silahlı qruplaşma qadınlara müəyyən çərçivə daxilində iş və təhsil hüququnu verəcəyini açıqlayıb, lakin buna baxmayaraq, hava limanına axışan qadınların ABŞ əsgərlərinə yalvararaq, ölkədən qaçmaq üçün kömək istəmələri “Taliban”ın əsl simasına işarə edir.

Mətbuatda yayılan videoda “Kömək” və “Taliban gəlir” deyə qışqıran qadınların ah-naləsi eşidilir.

Gununsesi.info