Dəhşətli qətllə bağlı görüntülər ortaya çıxıb

  • By admin
  • 26 Dekabr 2021 21:21

İstanbulda itkin olduğu bildirilən Yəmən əsilli Nabil Mohammed Abdullah Zabiba adlı şəxsin qətlə yetirildiyi məlum olub.

Gununsesi.info  xəbər verir ki, həmyerlisi onu maşında qabaq oturacağa oturdub, kəmərini bağlayıb, yatmış adam kimi Bursaya qədər aparıb.

Bursa şəhərində yaxalanan şəxsin qətli borc məsələsi üzündən törətdiyi məlum olub.

Hadisənin TƏFƏRRÜATI
Beylikdüzündə Nabil Zabibanın xanımının polisə müraciət edərək 2 gündür ondan xəbər almadığını deməsindən sonra polis tərəfindən araşdırma başlayıb. İtkin Şəxslər Bürosunun qrupları apardıqları araşdırma zamanı müəyyən ediblər ki, şübhəli şəxs bu yaxınlarda avtomobil satıcısı işləyən Yəmən vətəndaşı olan Əhməd D. ilə görüşüb.

İstintaq zamanı şübhəli şəxs qismində saxlanılan Əhməd D. ifadəsini dəfələrlə dəyişdikdən sonra qətli törətdiyini etiraf edib. Şübhəli şəxs qətli Səudiyyə Ərəbistanı əsilli Adnan İ.-nin təhriki nəticəsində törətdiyini bildirib. Bundan sonra sözügedən iş yerinin sahibi Adnan adlı şəxs də saxlanılıb.

Polis qətllə bağlı dəhşətli faktları ortaya çıxarıb. Əhməd D. Nabil Zabibanı öldürdükdən sonra avtomobilində meyitə təhlükəsizlik kəmərini taxıb və üzərinə palto örtərək onun yatdığı görüntüsü yaradıb.

Şübhəlinin bu şəkildə yola düşərək, təxminən 100 kilometr yol qət edərək cəsədi Bursadakı meşəlik əraziyə gətirdiyi müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, şübhəli şəxs meyiti avtomobildə apararkən təhlükəsizlik kameralarına düşüb.

Saxlanılan Əhməd D. cəsədi basdırdığı yeri polis qruplarına göstərib. 23 dekabr 2021-ci ildə basdırılan yerdən çıxarılan cəsəd müayinə olunmaq üçün Məhkəmə Tibb Morquna aparılıb. Onun müdiri Adnan adlı şəxs isə ittihamları rədd edib.

Polisə verdiyi ifadələr əsasında Əhməd D.-ni heç kimi öldürməyə təhrik etmədiyi öyrənilib. Səlahiyyətlilər hadisənin iki şəxs arasındakı borclar səbəbiylə baş verdiyini bildiriblər.

Gununsesi.info