Dəhşətli qəza: “TikTok”da avtoxuliqanlıq videolarıyla gündəmə düşən gəncin həzin sonu - VİDEO

Avtomobilini yüksək sürətlə idarə edən daha bir gənc əcəlinə səbəb olub.

Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrin gündəminə düşən ağır yol-nəqliyyat hadisəsi 30 may tarxində, Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. Hadisə şahidlərinin məlumatına görə qəzanın baş verməsinə səbəb yüksək sürət həddi olub. Belə ki, 90-OX-168 dövlət nömrə nişanlı, “Qaz31” markalı avtomobilin sahibi anidən idarəetməni itirərək öncə yol kənarındakı ağaclara, daha sonra isə şəhid adına tikilən bulağa çırpılıb. Nəticədə tamamilə yararsız vəziyyətə düşən avtomobilin sürücüsü hadisə yerindəcə keçinib. Yan sükanda əyləşən dostu isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza qurbanına çevrilən Rüstəm adlı gənc “TikTok” hesabında yol-hərəkəti qaydalarına zidd, avtoxuliqanlığı nümayiş etdirən videolar paylaşıb.

 

 

Gununsesi.info