Dəhşətli yanğın altı can aldı – FOTOLAR

  • By admin
  • 13 Dekabr 2019 12:13

Rusiyanın Altay vilayətində yanğın dördü azyaşlı olmaqla, altı nəfərin ölümünə səbəb olub.

Zavyalovski rayonunun Qlubokoe kəndində, yaşayış evində səhər saatlarında baş verən yanğın söndürülüb.

“İnterfax”ın xəbərinə görə, hadisənin səbəbləri və yanğın nəticəsində ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı cinayət işi açılıb.

 

 

 

 

 

 

Gununsesi.org