Dəhşətli zəlzələ Hatay şəhərini bu hala saldı: Yer yarıldı, avtomobillər quyuya düşdü / VİDEO

  • By admin
  • 06 Fevral 2023 16:30

Xəbər verdiyimiz kimi, Türkiyədə güclü zəlzələ ölkənin bir neçə şəhərində dağıntılara və insan itkisinə səbəb olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Hatay şəhərində də hiss edilən təbiət hadisəsi zamanı binalara, yollara və hava limanına ciddi ziyan dəyib. Olay zamanı Hatay hava limanının nəqliyyat asfaltı yarılıb. Digər avtomobil yollarının asfaltı yarğanlara dönüb. Hərəkət edən maşnlar quyulara düşüb. Görüntülər sosial mediada izləyicilərə şok təsiri yaşatdı.

 

Yollarda yaranan çatlar nəqliyyatın hərəkətinə maneə yardıb.

Türkiyədə yaşanan 7.7 bal gücündəki zəlzələ zamanı 1000-ə yaxın insan ölüb. Minlərlə insan yaralanıb. Hazırda dağıntılar altında qalanların xilas edilməsi davam etdirilir. Türkiyə dəyən ziyanın miqdarını araşdırır.

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info