DƏK: Torpaqların kadastr uçotu 2020-ci ildə yekunlaşacaq

  • By admin
  • 01 Avqust 2017 21:00

field_060715

Təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, 2017-ci ildə torpaqların elektron kadastr uçotu layihəsinə cəlb edilmiş 14 rayonda 1 milyon hektardan artıq sahə, 700 minə yaxın parsel üzrə uçot işi yerinə yetirilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, respublikada iri təsərrüfatların yaradılması məqsədilə aidiyyəti orqanlarla birlikdə 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 150 min hektara yaxın torpaq massivlərinin və bir sıra rayonlarda yeni suvarılacaq ərazilərin kadastr xəritələri hazırlanıb.

Gununsesi.info