Polis əməkdaşlarının noyabrın 29-da və 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə Gununsesi.info-ya DİN-nin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elşad Hacıyev deyib.
Qeyd edək ki, dələduzluq insanların etibarından sui-istifadə edərək onların pulunu, əmlakını və şəxsi məlumatlarını ələ keçirməkdir. Dələduzlar adətən özlərini etibarlı şəxs, şirkət, bank əməkdaşı və ya xidmət göstərən qurum kimi təqdim edirlər.









