Dəmir yolu nəqliyyatı ilə 8,3 milyon ton yük daşınıb

  • By admin
  • 22 Avqust 2016 16:10

neqliyyat

Dəmir yolu nəqliyyatı ilə 2016-cı ilin yanvar-iyul ayları ərzində 8,3 milyon ton yük, 1 milyon 058,4 min sərnişin daşınıb.

DövlətStatistikaKomitəsindən Gununsesi.info-ya bildirilib ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 18,6 faiz, sərnişin daşınmasında isə 8,1 faiz azalma müşahidə olunub.

Orta hesabla sutkada 430 vaqon yüklənib, 395 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,5 min ton, Qərb istiqaməti üzrə 4,7 min ton, Cənub istiqaməti üzrə isə 1,7 min ton yüklənmə işi yerinə yetirilib.

Gununsesi.info