Dəniz Baykalın dəfnində Ərdoğandan JEST: Yalnız o siyasətçiyə əl uzatdı -VİDEO

CHP-nin keçmiş sədri Dəniz Baykalın dəfn mərasimində kamralara əks olunan görüntü diqqətlərdən yayınmayıb. Prezident Ərdoğanın dəfn mərasiminə gəldiyi zaman İBB sədri Əkrəm İmamoğlu, Əhməd Davudoğlu və Kamal Kılıçdaroğlunun salamlaşmayıb keçdikdən sonra Məhərrəm İncənin əlini sıxdığı görülüb.

Gununsesi.info Turkustan.az-a istinadən xəbər verir ki, 84 yaşında Ankaradakı evində vəfat edən CHP-nin keçmiş sədri, Antalya millət vəkili Dəniz Baykal üçün Əhməd Həmdi Akseki məscidində dəfn mərasimi keçirilib.

Baykal ailəsindən başqa, prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, CHP sədri Kamal Kılıçdaroğlu, MHP sədri Dövlət Baxçalı, BBP sədri Mustafa Destici, bəzi nazirlər, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədrləri , DP Ümumi Başçısı Gültekin Uysal, Vətən Partiyası Ümumi Başçısı Məhərrəm İncə, Gələcək Partiyası Başçısı Əhməd Davudoğlu, bəzi bələdiyyə başçıları və partiya üzvləri qatılıb.

Gununsesi.info