Dənizdə baş verən zəlzələ bir neçə Avropa ölkəsində hiss olundu

  • By admin
  • 27 Mart 2021 18:52

Adriatik dənizinin İtaliya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, saat 14:47-də baş verən zəlzələ bir neçə ölkədə hiss edilib.

Zəlzələnin ocağı yerin 60 kilometr dərinliyində yerləşib, yeri isə İtaliyanın Vieste rayonuna 68 kilometr məsafədədir. Zəlzələnin Adriatik dənizinin digər sahilindəki Xorvatiyaya olan məsafəsi isə 120 kilometrdir.

Zəlzələ İtaliya və Xorvatiya ilə yanaşı, Albaniya, Monteneqro, Bosniya və Herseqovina, Yunanıstan və Sloveniya kimi ölkələrdə də hiss olunub.

Gununsesi.info