Dənizdə batmaq təhlükəsi ilə üzləşən daha 2 şəxs xilas olundu

  • By admin
  • 22 İyul 2017 20:02

batmaq

Dənizdə batmaq təhlükəsi ilə üzləşən daha 2 şəxs xilas edilib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal xidmətin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info