
Lənkəran sakini dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Gununsesi.info xəbər verir ki, hadisə Lənkəranın Siyavər kəndi ərazisində yerləşən çimərliyin yaxınlığında baş verib.
Dənizdə batmaq təhlükəsi ilə üzləşən Lənkəran rayonunun Şıxıkəran kənd sakini, 1996-cı il təvəllüdlü Kənan Abbaszadə yaxınlıqdakı insanların köməkliyi ilə sudan çıxarılıb. O, onların köməkliyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Reanimasiya şöbəsinə yerləşdirilən K.Abbaszadəyə tibbi yardım göstərilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Gununsesi.info












