Dənizdə bir nəfər batdı

  • By admin
  • 19 İyul 2022 20:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Fatmayı kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Gununsesi.info bu barədə FHN məlumat yayıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batan şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info