Dənizdə boğulan beş uşaq xilas edildi

  • By admin
  • 02 Avqust 2019 16:18

Şabran rayon Xəlilli kəndi ərazisində, dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşən beş uşaq xilas edilib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, xilas edilənlərdən ikisinin vəziyyəti ağır olduğundan Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Şabranın Uzunboyad kənd sakinləri olan 4 yaşlı Əhmədov Mikayıl Ağabəy oğlu və 12 yaşlı Zamanov İlqar Bəylər oğlu reanimasiya şöbəsinə yerləşdirilib.

Digər üç azyaşlı isə yaxınlarına təhvil verilib.

Gununsesi.org