Dərdlərin səsi eynidir – Alman xilasedici paylaşdı: Öyrəndiyi bir neçə türkcə sözlə səsləndi / VİDEOLAR

  • By admin
  • 10 Fevral 2023 18:50

Türkiyədə yaşanan dəhşətli zəlzələlərdən sonra bu ölkəyə gələn xilasetmə işçilərinin həyat qurtarıcı hekayələrindən biri medianın gündəmində yer alıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, kilometrlərlə uzaqdan gələn alman xilasedicilərin çökən binanın altında qalan vətəndaşla dialoqu marağa səbəb olub.

Axtarış-xilasetmə həkiminin dağıntılar altında qalan qadını öyrəndiyi bir neə tükrcə sözlə sakitləşdirmək istəyi sosial mediada çoxsaylı izlənmələr alıb.

Günlərlə dağıntılar yanında bacısı Zeynəbdən xoş xəbər gözləyən Zübeyde Kahraman onun xilas edildiyini öyrəndikdə, böyük bir sevinc yaşayıb. Alman heyətə tək-tək sarılaraq minnətdarlığını ifadə edib.