Dərini gözəlləşdirir, həzmi asanlaşdırır

  • By admin
  • 19 May 2017 23:19

120844_vqzs2ygnc5

 

Axşam.az xarici KİV-ə istinadən kökün və onun şirəsinin inanılmaz faydalarını təqdim edir:

1. Kök təbii A vitamini mənbəyi olduğu üçün göz sağlamlığını qoruyur, görmə gücünü artırır.

2. Sümük pozuqluqları və osteoparoza (sümük boşluğu) qarşı təsirlidir.

3. Dərini canlandırır, gözəlləşdirir.

4. Qaraciyərin funksiyasının yaxşılaşdırılmasında və həzm sistemi üzərində olduqca təsirlidir. Tərkibində olan E vitamini xərçəng riskini azaldır.

5. Kök suyu içərək yaş ilə əlaqədar yaranan ağrı və sızıları azalda bilərsiniz.

6.  Arıqlamaqda və kilonu sabit saxlamaqda olduqca təsirlidir. Yemək arasında 1-2 kiçik kök yemək və yaxud suyunu içmək insanda toxluq hissi yaradır.

7. Xalesterola və yüksək təzyiqə qarşı mübarizə aparır. Öd kisəsi və qaraciyər üçün çox təsirlidir.Yağlanmanı azaldır.

 

Gununsesi.info