Dərman şirkətləri peyvəndlərdən nə qədər qazandı? – ARAŞDIRMA

  • By admin
  • 14 Dekabr 2020 23:39

Koronavirus pandemiyasında bir çox ölkə ikinci dalğa ilə mübarizə edərkən,  Almaniyanın bio-texnologiya şirkəti BioNTech ilə əməkdaşlıq edən ABŞ-ın Pfizer şirkəti və Moderna şirkəti tərəfindən istehsal edilən koronavirus peyvəndlərinin paylanmasına və istifadəsinə başlanıb.

Wall Street-in birja analitiklərinə görə, Pfizer/ BioNTech və Moderna 2021-ci ildə Covid-19 peyvəndlərinin satışından cəmi 32 milyard dollar qazanacaqlar.

ABŞ-ın sərmayə bankı Morgan Stanley tərəfindən nəşr olunan hesabata görə, Pfizer şirkətinin 2021-ci ildə koronavirus peyvəndindən 19 milyard dollar gəlir əldə etməsi gözlənilir.

Morgan Stanley, Pfizer-in 2020-ci ildə peyvəndlərdən əldə etdiyi qazancın 975 milyon dollar olduğunu açıqlayıb, 2022 – 2023-cü illərdə koronavirus  peyvəndində daha 9.3 milyard dollar qazanacağını bildirib.

Pfizer qazancını əməkdaşlıq etdiyi Almaniyanın BioNTech şirkəti ilə bölüşəcək.

MODERNA 13,2 MİLYARD DOLLAR GƏLİR ƏLDƏ EDƏCƏK

ABŞ sərmayə bankı olan Goldman Sachs tərəfindən nəşr olunan məlumatlara görə, 2021-ci ildə ABŞ-ın bio-texnologiya şirkəti olan Moderna-nın hazırladığı koronavirus  peyvəndindən 13.2 milyard dollar gəlir əldə etməsi gözlənilir. Morgan Stanley isə , Moderna sərmayəçilərinin 2021 və 2022-ci illərdə peyvənd satışından 10 – 15 milyard dollar qazanmasının gözlənildiyini bildirib.

 

 

Gununsesi.info