Dərs saatlarında təmir işi gedən Peşə Mərkəzi ilə bağlı nazirə şikayət - Toz-torpaq, boya  iyi tədrisi mümkünsüz edir

  • By admin
  • 09 Mart 2023 00:12

Əliyev Asim Əvəz oğlu adlı vətəndaş Elm və Təhsil naziri  Emin Əmrullayevə şikayət ərizəsi yazıb.

Ərizəsinin bir surətini də redaksiyamıza yollayan vətəndaş Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzində gedən təmir-bərpa işlərindən bəhs edib.

“Dərs vaxtında bu təmirin getməsi orada təhsil alan şagirdlərin sağlamlığı üçün çox ciddi təhlükə yaradır. Toz-torpaq, boya  iyi, təhlükəsizlik tədbirlərinin olmaması və.s kimi hallar orada oxuyan şagirdlərin sağlamlığı üçün ciddi təhlküə yaradır. Maraqlıdır ki, nəyə görə bu təmir-bərpa işləri yayda buraxılış vaxtı deyil, dərs vaxtı aparılır? Nəyə görə bu hala nəzarət olunmur? Eyni ilə bu cür müraciəti 28.02.2023-cü il tarixində Elm və Təhsil naziri
cənab Emin Əmrullayevə və Peşə təhsili üzrə Dövlət Agentliyinə ünvanlasam da Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynova “gözün üstə qaşın var” deyən olmadı. Mənim şikayətimdən sonra Peşə
təhsili üzrə Dövlət Agentliyindən bir xanım yoxlamaya gəlsə də Mərkəzin direktoru Mətləb Hüseynov həmin xanımı aldadıb yola salmağı bacarmışdır. Dünən 06.03.2023-cü il tarixində məktəbdəki təmirlə bağlı çəkilmiş videonu da
şikayətimə əlavə edirəm. Təsəvvür edin kolidorda, dərs otaqlarında, müəllimlər otağında bir sözlə qızğın təmir işləri gedir. Nəyə görə şagirdlər həmin toz-torpağın, kraska və emusiya iyinin içərisində olmalıdır? Təmir vaxtı hansısa şagir yaralansa buna görə kim məsuliyyət daşıyacaq? Mənim üçün maraqlısı odur ki, 28.02.2023-cü il tarixində Elm və Təhsil naziri cənab Emin Əmrullayevə və Peşə təhsili üzrə Dövlət Agentliyinə ünvanladığım şikayətdən sonra nəyə görə hələ də bu hala göz yumulur? Elm və Təhsil naziri cənab Emin Əmrullayev üçün şagirdlərin sağlamlığı
bu qədərmi önəmsizdir? Təmir işlərinin bu vaxtı getməsinin “sirr”i nədir?

Fikrimcə, bu “sirr”i media nümayəndələri araşdırıb tapa bilər. Xahiş edirəm şikayətim ciddi
şəkildə araşdırılsın.