“Dəyərli müğənni olmaq da heç kəsə asan gəlməsin…” - ƏMƏKDAR ARTİSTDƏN MEDİAYA MÜRACİƏT

  • By admin
  • 30 Avqust 2017 23:28

aybeniz-xanim

Dəyərli dostlar və jurnalistlər.

Sənət adamları adına status yazanda unutmayın ki, sizin dostluğunuzda əsl sənət adamları var ki, onların adı gələndə Siz özünüz belə onların Sənətinə böyük ehtiramla yanaşırsınız…

Heç bir peşənin günahı yoxdur, hər bir sənətdə oldugu kimi, incəsənət sahəsində də baş verənlər təbii ki, Sizi tam qane edə bilməz…

Əlbəttə ki, buna təəssüf edirəm, amma bu, o,  demək deyil ki, Azərbaycan Respublikasının cox yüksək səviyyəli incəsənətini hörmətsiz görəsiniz.

Sənətkar olub və Xalqına gözəl ifalar təqdim etmək, Özü də Allahdan bəxş olunan istedada söykənir. Əgər bu gün istedadsiz kimsə özünə müğənni deyir və efirlərdə onu pulun gücünə əsl Sənətkarların təpəsinə cixarirlarsa, bu, yenə də o demək deyil ki, əsl Oxumağı və ifaçılıgı kölgəyə salaq…

İradınızı, fikirlərinizi yalniz ünvanı bəlli olan şəxsə ünvanlayın, cünki ömrümüzü, saglamlığımızı Azərbaycan musiqisinin inkişafı naminə qurban vermiş insanları- ici mən qarışıq belə yazılarınızla küsdürürsünüz işindən…

Yazınızdan belə cıxır ki, kim istəsə gözəl ifacı ola bilər, amma şair ola bilməz?…

Əlbəttə, şairlik Göydən, İlahidən gələn bir vergidir, buna heç kəsin şübhəsi ola bilməz. Amma dəyərli müğənni olmaq da heç kəsə asan gəlməsin… Allahdan fitri istedadın yoxdursa, heç kəs böyük sənətkar olmayacaq…Bu, mümkün deyil!

Siz ki, bunu məndən az bilmirsiniz. Əgər belə deyilsə, onda niyə daha yoxdur nə Rəşiddən, Şövkətdən, Rübabədən və s…

Əsl səs, əsl ifa – şairlik kimi o da Allahdan bəxş olunan İstedaddır. Əsl jurnalist oldugu kimi!

Sizi sevirəm və ümüd edirəm ki, bir də qurunun oduna yaş Yanmayacaq!

Aybəniz HAŞIMOVA,

Əməkdar artist

Gununsesi.info