Dəyişiklik din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alır - Komitə sədri

  • By admin
  • 28 Oktyabr 2016 13:32

siyavus

Cinayət Məcəlləsindəki dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM)  bu gün keçirilən plenar iclasında parlamentin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. Komitə sədri bildirib ki, müstəqillik dövründən bu günə qədər Azərbaycanda 3 min nəfər xaricdə dini təhsil alıb: “Azəraycanda 2166 məscid var və onun 1600-ü daimi fəaliyyət göstərəndir. Həmin şəxslərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirir. Bu gün Azəraycanda həm Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi, həm də İslam Universiteti fəaliyyət göstərir ki, ölkəmiz bu ali məktəblər vasitəsilə öz mütəxəssislərini yetişdirir. Artıq bu proses gedir və davamlı şəkildə aparılacaq”.

Mürtəza

Gununsesi.info