Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, alimlər müasir dövrün ən yeni texnologiyalarından istifadə edərək Leonardo Da Vinçini yenidən həyata qaytarmaq niyyətindədirlər. Yaponiyalı mütəxəssislər bunun üçün şəkillərdə qalmış sonuncu biomaterialları incələmək istəyirlər.
Da Vinçinin saç və dəri toxumaları klonlaşdırmanın uğurla nəticələnməsinə kömək edə bilər. Alimlər bu işdə kriminal ekspertizanın köməyinə ehtiyac duyduqlarını bildiriblər. Bu işlə məşğul olan “Boyalife Group” dahi yazıçı, rəssam, ixtiraçı, riyaziyyatçı olan Da Vinçinin istedadlı genetikasının keyfiyyətini qoruyub saxlayacaqlarına əmin olduqlarını dilə gətiriblər.
Gununsesi.info