Dadaşova bacılarının görünməmiş bank “əməliyyatı” - "Sberbank"ın 40 milyonunu mənimsəyiblər - FOTOLAR

  • By admin
  • 24 Mart 2017 12:04
unnamed (5)
Rusiyada azərbaycanlı bacılar  fırıldaq yolu ilə külli miqdarda  pul mənimsəməkdə ittiham olunaraq saxlanılıblar.
 Gununsesi.info Kommersant-ru-ya istinadən xəbər verir ki, Sberbankın Moskva  bölməsinin menecerləri Məryəm və Tamilla Dadaşovalar bankdan bir  müştərinin hesabından 40 milyon rublu  çıxartmaqda  şübhəli bilinərək  polis  tərəfindən saxlanılıb.
unnamed (4)
Dadaşova bacıları  dəyəri 7 milyon rubldan artıq olan  Ferrari maşın alarkən polis tərərfindən saxlanılıb.
Kommersant.ru-nun verdiyi məlumata görə, Dadaşova bacıları  4 milyard rublu oğurlamağı da planlaşdırırmışlar.
26 yaşlı  Məryəm Dadaşova Sberbankın Moskva şəhərindəki Bolşoy Andronevskoy  küçəsi 6-da yerləşən bölməsində menecer, 22 yaşlı Tamilla isə bankın Lüsinovskiq küçəsindəki bölməsində menecer kimi çalışırmış.
unnamed (3)
Hər iki bacı kiçik biznesə xidmət edən sahəyə cavabdeh şəxslər olub.
Dadaşova bacılarına qarşı  fırıldaq yolu ilə külli miqdarda  vəsaitit mənimsəməkdə ittiham irəli sürülərək, barələrində  cinayət işi açılıb.
 Bəzi məlumatlara görə, Dadaşova bacıları ev dustağıdır.
unnamed (2)
Onlardan şəhərdən çıxmamaq barədə ərizə alınıb.
 
Polisdə Dadaşova bacıları ilə yanaşı, bankın bir neçə əməkdaşı da  dindirilib.
Çünki, hüquq-mühafizə orqanları hesab edir ki, belə bir böyük məbləğdə vəsaiti onlar təkbaşına çıxarmayıblar və bu işdə qeyrilərinin də əli ola bilər.
Onu da qeyd edək ki, Məryəm Dadaşova 2013-cü ildə Ümumrusiya Xarici Tticarət Akademiyasını bitirib.
Sberbnakda isə bir bundan öncə işə düzəlib.
Tamilla isə başqa bir Universitetin  iqtisadiyyat və hüquq fakültəsini bitirib.
unnamed (1)
Onlar yaxşı fəaliyyətinə görə, bankın paytaxta yaxın bölmələrində fəaliyyətə cəlb olunublar.
 
Gununsesi.info