Dağıdılmış məscidlərlə bağlı fikirlərim təhrif olunub - DİNİ KOMİTƏNİN SƏDR MÜAVİNİ

  • By admin
  • 22 Noyabr 2022 15:48

“Jurnalistlərin Qarabağda və işğal olunan digər rayonlarımızdakı məscidlərlə bağlı sualına cavabım təhrif edilib. Guya, mən demişəm ki, məscidləri muzeyə çevirmək olar. Mən bildirmişəm ki, dağıdılmış məscidlərin qalıqlarından ibarət ümumi bir muzey yaratmaq olar”.

Bunu Gununsesi.info-ya açıqlamasında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı bildirib.

HTML tutorial

Qeyd edək ki, bəzi xəbər saytlarında Səyyad Salahlıya istinadən dağıdılmış məscidlərin muzeyə çevrilməsi barədə fikirlər yayılıb.

Səyyad Salahlının sözlərinə görə, o açıqlamasında Azərbaycanın erməni vandalizminə məruz qalan məscidlərinin, dini-tarixi abidələrinin vəziyyətini əks etdirən muzey yaradılmasının mümkünlüyündən danışıb.

“Daha hansısa məscidi muzeyə çevirməkdən söhbət getməyib” -deyə sədr müavini sözlərinə əlavə edib.

Komitə sədrinin müavini media əməkdaşlarını diqqətli olmağa, deyilən fikirləri cəmiyyətə düzgün çatdırmağı tövsiyyə edib.

Mais

Gununsesi.info