Dağıntılar altında 160 saatın necə keçdiyini danışdı -VİDEO

Türkiyədə ötən həftə baş verən güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Gununsesi.info “Sabah” portalına istinadən xəbər verir ki, Hatayın Antakya bölgəsində Yiğit Şahan adlı 9 yaşlı uşaq uçan binanın dağıntıları altından xilas edilib.

Uşaq zəlzələdən 160 saat sonra sağ çıxarılıb. Onun sözlərinə görə, zəlzələ ilk baş verdiyində qardaşından xəbər ala bilməyib. Daha sonra atasının yanına getməyə çalışsa da, buna nail ola bilməyib. O, geri qayıdaraq uzandığını qeyd edib.

Gununsesi.info