Dağıntılar altından həyat qurtaran köpəklərin sirri – Heç bir texnologiya önünə keçə bilmir…

  • By admin
  • 13 Fevral 2023 18:21

Türkiyəni sarsıdan Qəhrəmanmaraş mərkəzli 7.7 və 7.6 bal gücübdə yaşanan dəhşətli zəlzələlərdən sonra axtarış-xilasetmə çalışmaları böyük ümidlərlə davam etdirilir. Bu çalışmalarda kameralar, səs dinləmə cihazları və çeşidli texnologiyalardan yararlanılsa da, usta mütəxəssislərə görə, ən sağlam və doğru data bilgiləri öyrədilmiş axtarış-xilasetmə köəklərinin basitəsi ilə təmin edilir.

AKUT Koordinasiya Cavabdehi Mustafa Aygün və Vegeterian, İç Xəstəlikləri və Psixologiya Eksperti Profe. Dr. Tamer Dodura diqqət çəkən bilgiləri paylaşıb.

Hər nə qədər texnologiya növləri çox olsa da, xilasetmə itləri daha doğru və təsirli nəticələr qazanmaqda önəmli rol oynayırlar. Mustafa Aygün və Tamer Dodurqa bunlarla bağlı önəmli açıqlamalar verib.

Gununsesi.info xarici mətbuata istinadən həyat qurtaran köpəklərin zəlzələlər zamanı önəmindən və bu bacarıqlarının sirrini sizinlə paylaşır.

100-dən çox köpək ərazilərdə axtarış üçün kömək edir
Hazırda Türkiyədə yardım üçün bir başqa ölkələrdən gələn itlər də sahədə çalışmalar edir.
Mustafa Aygün bildirir ki, öyrədilmiş itlər canlı ilə cansız arasındakı qoxu fərqini ayırd edə bilir.
“Aldıqları öyrədilmə bilgilərlə canlı və cansız insan bədəninə ait qoxu duyğuları var. Bu sayədə doğru təsbit edə bilirlər”, – deyə o vurğulayır.

Bəs, köpəklərin təsirli istifadəsi üçün nə kimi şərtlərin yerinə yetirilməsi gərəklidir?

AKUT rəsmisi Mustafa Aygün axtarış-xilasetmə itlərinin dağıntılar altında daha sağlam nəticələr verə bilmələri üçün çevrədəki insan sıxlığının uzaqlaşdırılmasına diqqət çəkir.

Yəni, dağıntılar altındakı canlı insan toxumasının yadığı qoxunun axtarış-xilasetmə köpəkləri tərəfindən daha sağlam ölçülə bilməsi üçün çevrəsində başqa insanlara aid qoxuların olmaması onların daha yaxşı nəticə verə bilməsinə kömək olur.

TAPARKƏN OTURARAQ YERİNİ GÖSTƏRİR

Dağıntı altındakı vətəndaşlara yetişə bilmək üçün ən təcrübi yöndəmin hələ də köpəkli axtarışlar olduğunu bildirən Aygün canlı və cəsəd arayan itlərin yanında səs qeydedici cihazların da bəlli təxnikalarla işlədildiyini vurğulayır.

Mustafa Aygün qurulan səs sitemlərinin verdiyi xəbərdarlıqla ən çox səs gələn sahəyə köklənildiyini və tam nöqtələrin bəlli edilməsi üçün köpəklərin dövrəyə girdiyini açıqlayır.

Ayrıca, itlərin canlı toxumaların qoxusunu alması ilə təsbit etdikləri nöqtəyə oturaraq dağıntıda qalanların yerini heyətə göstərdiyini bildirir.

Aygün köpəklərin texnoloji cihaslarla nəzərən itlə edilən axtarışlarla hələ də daha sağlam data bilgiləri əldə edildiyini vurğulayır.

Professor Dr. Tamer Dodurqa isə hazırda Almaniyanın 200 min köpəklə dünyada ən çox axtarış-xilasetmə itlərinə sahib olan ölkə olduğunu söyləyir. O vurğulayır ki, 1.5 – 2 illik tədrislərdən sonra həmin itlər 7-8 il sahədə zəlzələdən xilasetmə heyətinə kömək edə bilirlər. Öyrədilmiş itlərə sertifikat verilir.

Dodurqa bildirir ki, 30-40 dəqiqə canlı toxumaların qoxusunu araşdırdıqdan sonra uzun müddətli dinləmələrə ehtiyac duya bilirlər. İtlər burunları ilə təsbit edərək dağıntılar altındakılara daha erkən çatmağı təmin edir.

Tərcümə: Arzu Sayadoğlu