Dağıstan gömrüyü Azərbaycanda xərclənən pula görə yeyintidə ittiham edildi

  • By admin
  • 04 Dekabr 2019 13:35

Dağıstan gömrüyündə avtomobil keçid məntəqəsinin tikintisi zamanı yeyintiyə yol verilib.

Dağıstan Federal Xəzinədarlıq İdarəsi maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı yerli gömrük işində pozuntular aşkar edib.

“Daqstroyresurs” şirkəti Rusiya-Azərbaycan sərhədində “Qarax” çoxtərəfli avtomobil keçid məntəqəsinin tikintisini 2011-ci ildə başa çatdırmalı idi, lakin şirkət öhdəliklərini yerinə yetirə bilməyib.

2014-cü ildə məhkəmə şirkətlə bağlanan müqaviləni məcburi ləğv edib və 64.3 (təxminən 1,7 milyon AZN) milyon rubl pulun tikintiyə xərclənmədiyi aşkar olunub.

“Daqstroyresurs” şirkəti isə bu pulu Azərbaycan ərazisində iş qurmaq üçün xərcləyib.

Gununsesi.org “RİA Dərbənd”ə istinadən xəbər verir ki, ötən ilin dekabrında pulu geri ala bilməyən Dağıstan gömrüyü məntəqə tikilmədiyi üçün şirkətin borclarını silib.

Xəzinədarlıq bu işi maliyyə pozuntusu hesab edib. Yerli mediaya yayılan məlumata görə, Dağıstan gömrük şöbəsi 2020-ci ilin mart ayına qədər bu məsələnin həll edilməsini tələb edib.

Gununsesi.org