Dağıstan sərhəddindəki azərbaycanlılarla bağlı YENİ XƏBƏR VAR

  • By arzu
  • 22 İyun 2020

Azərbaycan-Rusiya sərhəddində müvəqqəti çadır düşərgəsində yerləşdirilmiş azərbaycanlılarla bağlı xəbər var.

Gununsesi.org Modern.az-a istinadən xəbər verir ki, Dərbənd rayonunu Kullar kəndi ərazisində məskunlaşan azərbaycanlılar üşçün yeni çadırların quraşdırılması nəzərdə tutulub.

Bu barədə Dərbənd rayonunu icra başçısı Fuad Şixiyev açıqlama verib.

“Hazırda çadır düşərgəsində Azərbaycan tərəfdən gələn nümayəndələrlə görüş keçirilir. Görüşdə Azərbaycan fövqəladə hallar nazirinin 1-ci müavini və s. şəxslər iştirak edir. Səfərin məqsədi yaşamaq üçün əlavə yerləein hazırlanması, həmçinin, vətəndaşların qaldıqları şəraitlə tanış olmaqdır”.

Fuad Şixiyev hazırda Kullar kəndində 600-dən çox azərbaycanlının olduğunu və onların Azərbaycan tərəfdən təsdiq olunmuş siyahı üzrə vətənlərinə göndərildiyini deyib.

Gununsesi.org