Dağıstana PUA hücumu olub

  • Müəllif: Admin08
  • 22 Oktyabr 2025 09:12

Dağıstana Ukrayna PUA-larının hücumu olub.

Gununsesi.info xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Melikov Teleqramda məlumat verib.

O qeyd edib ki, PUA hücumunun hədəf respublikanın müəssisələrindən biri olub.

“Hazırda həlak olanlar və yaralananlar barədə məlumat yoxdur. Dağıntılarla bağlı məlumatlar dəqiqləşdirilir”, – Melikov kanalında yazıb.

Gununsesi.info